
Azərbaycanlı güləşçi Rusiyada narkotiklə tutuldu
Rusiyanın Həştərxan vilayətində hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşını həbs edib.
Adı açıqlanmayan bu şəxsin idmanın yunan-Roma güləşi növü üzrə peşəkar idmançı olduğu bildirilir.
Rusiya Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən həbs edilən idmançının başçılıq etdiyi qrupa 4 Həştərxan sakini daxil olub.
İdarənin rəsmisi Oleq Makeyev deyib ki, onlar bir gecə ərzində sintetik narkotikləri qablaşdırmaq və saxlamaq üçün 300-ə qədər gizli saxlanc yeri hazırlayıblar. Saxlanılanların barəsində cinayət işi qaldırılıb, istintaq gedir.
Mediainfo.az
Digər xəbərlər