
l rübdə 350 kq-dan çox narkotik vasitə müsadirə edilib
Azərbaycanda bu ilin I rübü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə aşkarlanan faktların sayı və müsadirə olunan narkotik vasitələrin həcmi açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Apa -ya verilən məlumata görə, cari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 942 fakt aşkar edilib.
Bu faktlardan 273-2 satış, 661-i saxlama, 17-i əkin, 6-ı digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 351 kq 519,551 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 280 kq 638,932 qr marixuana (80%), 49 kq 343,755 qr tiryək (14%), 13 kq 801,91 qr heroin (4%), 7 kq 608,613 qr həşiş (2%), 126,237 qr digərləri, 90,149 qr psixotrop maddələr təşkil edib. "Xaş-Xaş 2015" şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində isə qəsdən əkilib becərilən və yabanı halda bitmiş 250 kq 242,700 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.
Mediainfo.az