Diana yaşasaydı, bu cür olacaqdı

Diana yaşasaydı, bu cür olacaqdı

2 İyul 2011 19:15
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən şahzadənin 50 yaşı tamam oldu

Amerikanın "Newsweek" jurnalı ledi Diananın 50 yaşındakı vəziyyətini fotoşopla düzəltdi və onu üz qabığına çıxartdı. Həftəlik jurnal şahzadə Diananın ad gününü bu cür qeyd etdi. Belə ki, Diana yaşasaydı, 1 iyul tarixində 50 yaşına qədəm qoyacaqdı. Fotoşopla düzəldilən şəkildə Diana yenə də incəliyini qoruyur, ancaq üzündə bir neçə qırışı var. 29 apreldə oğlu Uilyamla nikaha girən Keytin yanında görüntülənən Diana bu rəsmlə "kaş ki, yaşasaydı" dedirtdirir. Jurnalda Diananı qələmə alan Tina Brovn məqaləsini "Əgər indi burada olsaydı" başlığı altında çap etdirib. "Newsweek"in bu sayı oxucular tərəfindən çox bəyənilib.

Kaş ki, "kaş ki"lər olmayaydı, bütün arzular yerinə yetəydi...

Günel Həbib

O.M.