Səbaildə narkomaniya əleyhinə tədbir

Səbaildə narkomaniya əleyhinə tədbir

15 Aprel 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonundakı 6 saylı orta məktəb-liseydə "Ağ ölümə" yox deyək!" mövzusunda tədbir keçirilib.

Tədbiri açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib.

Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb.

Mediainfo.az