Ziya Məmmədov qardaşı oğlunu vəzifədən uzaqlaşdırıb

Ziya Məmmədov qardaşı oğlunu vəzifədən uzaqlaşdırıb

15 Aprel 2015 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxardığı şəxsin kimliyi bəlli olub. Məlum olub ki, Rövşən Məmmədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu imiş. Nazir onu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi vəzifəsindən azad edib. R. Məmmədov Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edən Loğman Məmmədovun oğludur.

Nazirin qardaşı oğlunun yerinə təyinat alan şəxs isə Elmixan Hacıyevdir. O, əvvəl nazirlikdə təhlükəsizlik xidmətində işləyib.
Qeyd edək ki, ötən il Loğman Məmmədovun qızı Günay Ələsgərova avtomobil qəzasında dünyasını dəyişib.
Xatırladaq ki, Rövşən Məmmədov 2012- ci ildə bu vəzifəyə təyin edilib. O vaxta qədər MMC-nin rəisi Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə olub. (qafqazinfo)

Mediainfo.az