
Bu ay Azərbaycan məktəbliləri arasında fənn olimpiadasının final mərhələsi keçiriləcək
Aprelin 18,19,20-də Azərbaycan məktəbliləri arasında fənn olimpiadasının final mərhələsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Kempinski hotelində 3 gün ərzində keçiriləcək olimpiada bayramında iştirakçıların bilik yarışmasına tam motivasiya olması üçün bütün şərait nəzərə alınacaq. "Ötən ildən başlayaraq Təhsil Nazirliyi fənn olimpiadalarının keçirilməsinə xüsusi diqqət ayırır. Bu il ölkə üzrə 22 mindən artıq məktəbli fənn olimpiadalarına bütün ölkə coğrafiyası üçün qatılıb".
Mediainfo.az
Digər xəbərlər