Valideynlərin nəzərinə! Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır
Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 5-dən başlayaraq aparılır.
Proses sentyabrın 15-dək davam edəcək. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir.
Qeyd edək ki, elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaq. Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.
Mediainfo.az









































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)


















