
ABŞ səfiri Göygöldə olub - FOTO
Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional bazasına baş çəkib.
Səfir burada partlamamış minaların təmizlənməsində istifadə olunan vasitələrlə tanış olub. Sonra Agentliyin qrup rəhbəri Elnur Qasımov təlim bazasının fəaliyyətini əks etdirən təqdimat keçirib. Məlumat verilib ki, 10 ilə yaxındır, fəaliyyət göstərən bazada 26 adda təlimlər təşkil olunub. Təlimlərdə Azərbaycandan başqa, Gürcüstan, Əfqanıstan və Orta Asiya ölkələrindən olan minatəmizləyənlər də iştirak edib.
Mediainfo.az
Digər xəbərlər