
Qəza törədən sürücü həbs edildi
Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Rəhimdar İsmayılovun "Toyota" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Tahir İbrahimli tərəfindən vurulması müəyyən edilib. O, həbs edilib.
Mediainfo.az
Digər xəbərlər