Havalar mülayimləşəcək

Havalar mülayimləşəcək

14 Aprel 2015 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 isti olacaq.

Aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mediainfo.az