Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb

Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb

1 İyul 2011 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət küçən 1991-ci il təvəllüdlü sıravi Tiqran Ambarsumyanın cəsədi hərbi hissənin yaxınlığındakı meşədə aşkarlanıb. Meyitin yanında ülgüc tapılıb. Meyitə baxış keçirilərkən sol dirsəyinin iç tərəfində geniş yara olduğu müəyyənləşib. Faktla bağlı özünü öldürmə hissinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb. Lakin ailəsi buna inanmır və Tiqranın öldürüldüyünü bildirir. Rəsmi açıqlamada əsgərin yalnız sol dirsəyində yara olduğu bildirilsə də, T. Ambarsumyanın yaxınları onun sifətində və boynunda da yaralar olduğunu, sifətinin eybəcər hala düşdüyünü söyləyiblər. Valideynlərə deyiblər ki, meyiti canavarlar parçalayıb.

Ermənistan ordusunda vəhşi meşə qanunları hökm sürür. Güclü zəifin başını əzir.

Tofiq Əliyev

O.M.