Cumhuriyet Universitetinin rektoru Bakıya gələcək

Cumhuriyet Universitetinin rektoru Bakıya gələcək

13 Aprel 2015 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Qənirə Paşayeva Sivas Cumhuriyet Universitetinin rektoru F.Kocacık və universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşündə Dağlıq Qarabağdan danışıb.

Millət vəkilini Sivasda salamlamaqdan məmnunluğunu ifadə edən Cumhuriyet Universitetinin rektoru prof.Dr.F.Kocacık qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən F.Kocacık Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Cumhuriyet Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Cumhuriyet Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Cumhuriyet Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Cumhuriyet Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib və tələbələrin təhsili ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gənclərinə geniş konfrans verib. Qənirə Paşayeva Cumhuriyet Üniversitetinin rektorü F.Kocacıka və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu "Hocalı Soykırımı tanıkların dilinden", "Karadağlı Soykırımı tanıkların dilinden" ve "Bağanıs Ayrım Soykırımı tanıkların dilinden " kitablarını ve digər kitablarını hədiyyə edib və onu Azərbaycana dəvət edib.

Cumhuriyet Üniversitetinin rektoru F.Kocacık dəvəti məmnuniyyətlə qəbul edib və rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva həmçinin Cumhiriyet Üniversitetində çalışan bəzi azərbaycanlı müəllimlər və təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Mediainfo.az