
Rusiyanın Xakasiya Respublikasında yanğından xəsarət alanların sayı 483-ü keçib...
Rusiya Federasiyasının Xakasiya Respublikasında aprelin 12-dən başlayan irimiqyaslı yanğında ölənlərin sayı 10-a çatıb.
Güclü küləkdə əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması nəticəsində yaranan irimiqyaslı yanğında 483 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin regional şöbəsindən bildirilib ki, xəsarət alanlardan 77 nəfəri xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 900 ev yanıb.
Mediainfo.az
Digər xəbərlər