Yəməndə 500-dən çox husi öldürülüb
Yəmənlə Səudiyyə Ərəbistanı sərhədindəki qarşıdurmlarda 500-dən çox husinin öldürüldüyü iddia edilib. Bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq, məlumat verib. Xəbərdə həmçinin qeyd olunub ki, Nəcran bolgəsindəki sərhəd qapısı bombardman edilib və nəticədə 3 əsgər ölüb, 2 əsgər isə yaralanıb. Qeyd edək ki, husilər paytaxt Sana ilə yanaşı, bir sıra şəhərləri ələ keçirdikdən sonra prezident Abdülrəbbi Mənsur Ədən şəhərini müvəqqəti mərkəz elan etmişdi və bəzi diplomatik nümayəndəliklərin burada fəaliyyət göstərəcəyini bildirmişdi. (musavat)
Mediainfo.az
Digər xəbərlər

































.jpg)
.jpg)
.jpg)
























































