Jurnalistin həbs müddəti uzadılıb
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.
E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Mediainfo.az