Şahin Sultanov təqaüdə çıxdı

Şahin Sultanov təqaüdə çıxdı

10 Aprel 2015 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqaüdə çıxıb. Bu barədə AzVision.az-a vitse-admiralın vəkili Adəm Məmmədov məlumat verib.

"Şahin Sultanov pensiya almağa başlayıb. O, orduda xidmətinə görə təqaüdə çıxıb. Pensiyasının məbləği 1000 manatdan artıqdır. Hazırda admiral heç bir yerdə işləmir".

A.Məmmədov admiralın səhhətindən də danışıb: "Onun səhhətində müəyyən problemlər var. Hazırda ev şəraitində müəlicəsini davam etdirir".

Sonda A. Məmmədov qeyd edib ki, Ş.Sultanovun bəraət alması istiqamətində işlər davam etdirilir.

Mediainfo.az