Hərbi Prokurorun səlahiyyət müddəti artırıldı

Hərbi Prokurorun səlahiyyət müddəti artırıldı

10 Aprel 2015 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuatda Respublika Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin hərbi prokuror kimi ölkə Prezidenti tərəfindən rəsmən təsdiqlənməməsi barədə məlumat verilib. Bu xəbəri dəqiqləşdirmək məqsədilə Hərbi Prokurorluqla əlaqə saxladıq. Hərbi Prokurorluğun mətbuat katibi Əfrahim Təhməzov bildirdi ki, cənab Prezident İlham Əliyevin 2 gün əvvəl imzaladığı sərəncamla Pespublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il müddətinə uzadılıb. Hazırda Xanlar Vəliyev Prezidentin sərəncamına əsasən səlahiyyətlərinin icrasını həyata keçirir.

Xatırladaq ki, bir çox mətbuat orqanları bu günlərdə Xanlar Vəliyevin səlahiyyət müddətinin bitdiyini və yenidən bu müddətin artırılmayacağını bildirmişdi.

Mediainfo.az