Kərtənkələ kontrabandası

Kərtənkələ kontrabandası

8 Aprel 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)


Tailandın gömrük işçiləri qeyri-qanuni yolla kərtənkələ satmaq istəyən dəstəni ələ keçiriblər. Avtomobilin baqajında meyvə qutularına yüklənən kərtənkələlər restoranlara satılmaq üçün yola çıxıbmış Təxminən 60 min dollar cuvarında gəlir gətirəcəyi gözlənilən heyvanlar dövlətin qoruması altına alınıblar. Beynəlxalq, eləcə də Tailand qanunlarına görə, kərtənkələ qanunsuz yolla satıla, onun ətindən menyu hazırlana bilməz. Ölkədə bu qanuna uymayanları isə 4 il həbs, üstəlik 1300 dollar pul cəzası gözləyir.

Xatırladaq ki, Tailandda kərtənkələ ətinin 1 kiloqramı 15-30 dollarla ölçülür. Çində isə bu rəqəm 32-66 dollara qədər yüksələ bilir.

O.M.