Ağır qəza: 1 ölü

Ağır qəza: 1 ölü

10 Aprel 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Masazır qəsəbə sakini Səbuhi Behbudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nəsirxan İmanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az