
İstanbul Atatürk Hava Limanında təyyarə qəzaya uğrayıb - FOTO
İstanbul Atatürk Hava Limanında İranın "Qeshm Air" aviaşirkətinə məxsus "Airbus-300B4" tipli sərnişin təyyarəsi ötən axşam saatlarında uçuşa hazırlaşarkən qəzaya uğrayıb. təyyarə zolaqda hərəkətdə olarkən sağ mühərrikində yanğın baş verib. Məlumata görə nasazlıq səbəbindən dağılan mühərrikin hissələri təyyarənin təkərlərini də sıradan çıxarıb.
Xoşbəxtlikdən pilot təyyarəni saxlamağa müvəffəq olub. Terminala yerləşdirilən sərnişinlər bir müddət sonra başqa təyyarə ilə Tehrana yola düşüb. Təyyarə təmirə göndərilib, insidentin səbəbləri araşdırılır.
Mediainfo.az
Digər xəbərlər