Kəmaləddin Heydərov Əfqanıstanın Neft nazirini qəbul edib - FOTO

Kəmaləddin Heydərov Əfqanıstanın Neft nazirini qəbul edib - FOTO

9 Aprel 2015 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov aprelin 9-da Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

FHN mətbuat xidmətindən apa-ya verilən məlumata görə, K. Heydərov FHN-in fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Öz növbəsində, Daud Şah Saba bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan FHN-lə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mediainfo.az