Velosipedçini vurub aradan çıxdı

Velosipedçini vurub aradan çıxdı

9 Aprel 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda velosipedçini vuran sürücü hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, aprelin 8-də saat 21.00 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməyən avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Rəcəb Oruclu vurulub. Hadisəni törədən sürücü qaçıb. Xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərmanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Mediainfo.az