Evdən 10 min dollar və qızıl-zinət əşyaları oğurlayan tutulub

Evdən 10 min dollar və qızıl-zinət əşyaları oğurlayan tutulub

9 Aprel 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mənzildən pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvarın 31-də Bakının Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satıldığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Mediainfo.az