Sabunçu rayonu ərazisində yol qəzası baş verib

Sabunçu rayonu ərazisində yol qəzası baş verib

1 İyul 2011 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 1-də saat 01.30 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakini Ağasəf Zəkiyevin idarə etdiyi "Mercedes" markalı və həmyerlisi Ramil Mirzəyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşub. Hadisə nəticəsində R. Mirzəyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Orxan, Ceyhun, 11 yaşlı Kənan Mirmahmudovlara və Xəyal Hümbətova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Yollarda ehtiyatlı olun. Əks halda bu yol sizi başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.