Müəllimliyə namizədlər, gözünüz bizdə olsun

Müəllimliyə namizədlər, gözünüz bizdə olsun

1 İyul 2011 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ümumtəhsil məktəblərində vakant müəllim yerləri açıqlanıb. Bununla bağlı elan "Azərbaycan müəllimi" qəzetinin bugünkü sayında dərc edilib və artıq müəllimlərdən elektron ərizələrin qəbuluna başlanılıb. Ərizələr iyulun 15-dək qəbul ediləcək. Qeyd edək ki, Azərbaycanın ümumtəhsil məktəblərində 2 minədək müəllimə ehtiyac var. Bunlardan 300-dən çoxu Bakı şəhərindədir. Qalan vakant yerlər ölkənin ayrı-ayrı bölgələrindədir. Həmin vakant yerlərdən təxminən 800-ə qədəri güzəştli şərtlərlə, stimullaşdırıcı tədbirlər tətbiq etməklə müəyyənləşdirilən yerlərdir. Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə start veriləcək. Müəllimlər üçmərhələli müsabiqədə iştirak edəcəklər. Birinci mərhələdə onların elektron ərizələrində göstərdikləri bilikləri qiymətləndiriləcək. İkinci mərhələdə imtahanlar keçiriləcək. Üçüncü mərhələdə isə müəllimlərlə müsahibələr aparılacaq. Hər bir iştirakçı müəyyən olunan vaxtda və yerdə kompüter vasitəsilə elektron şəkildə imtahan verəcək. İmtahan suallarının sayı 35 olacaq. 35 sualdan 25-i ixtisas üzrə olacaq. 5 sual metodik hazırlıqla, 5 sual isə məntiq və dünyagörüşü ilə bağlı olacaq. İmtahan 1 saat müddətində keçiriləcək. İmtahandan dərhal sonra müəllim topladığı balı monitorda görüb, zalı tərk edəcək. Əgər müəllim ucqar dağ kəndində işləmək istəyirsə, o, təqdim olunan sualların 60 faizinə düzgün cavab verməlidir. Mərkəz yerlərdə işləmək istəyən müəllimlər isə sualların 80 faizinə düzgün cavab verməlidirlər.

Bir gün getsən əllərdə,
Sözün qalar dillərdə.
Yaşarsan könüllərdə,
Mənim ilk müəllimim...

Günel Həbib

O.M.