4 ay əvvəl baş verən cinayətin üstü açıldı

4 ay əvvəl baş verən cinayətin üstü açıldı

8 Aprel 2015 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Əsədov tutulmuşdur. Ondan 0,280 qram heroin götürülüb.

O, yanvarın 3-də Rahilə Muradovanın 210 manatını və sənədlərini soyğunçuluq yolu ilə alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az