Fəhlənin ölümü ilə bağlı cinayət işi başladı

Fəhlənin ölümü ilə bağlı cinayət işi başladı

8 Aprel 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, aprelin 7-də "Şərur" Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az