Yol hərəkətini pozan sürücüdən narkotik tapıldı

Yol hərəkətini pozan sürücüdən narkotik tapıldı

8 Aprel 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün BDYPİ YPXA-nın İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb.

Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı RPŞ-yə təhvil verilib.

Mediainfo.az