DİQQƏT! "Plyonkalara" icazə verildi!

DİQQƏT! "Plyonkalara" icazə verildi!

8 Aprel 2015 11:13
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücülərin nəzərinə

Azərbaycanda sürücülərə may ayından pərdə və plyonkadan istifadəyə icazə veriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Stardartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Mediainfo.az