
Beşinci mərtəbədən yıxılan gənc öldü
Bakıda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Süleyman Sani Axundov küçəsi 3 c ünvanında yerləşən tikintidə qeydə alınıb.
Həmin tikintidə fəhlə işləyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nahid Əzizxan oğlu Əliyev beşinci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər