Narkotaçir polisə xəsarət yetirdi

Narkotaçir polisə xəsarət yetirdi

7 Aprel 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Astara rayonunda narkotiklərlə bağlı əməliyyatın keçirilməsi ilə bağlı açıqlama yayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib. Martın 31-də Rayon Polis Şöbəsinin əməkdaşı A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdiyinə görə Seymur Əliyev tutulub. Onun Astara şəhərindəki yardımçı təsərrüfatına baxış zamanı 6 kiloqram 49,9 qram heroin, 36,92 qram tiryək, 299,36 qram həşiş, 245,806 qram anfetamin həbi və 1 ədəd qaz tapançası aşkar edilərək götürülüb.

Mediainfo.az