
Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib
Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib.
Apa-nın qərb bürosunun verdiyi məlumata görə, bu il Gəncədə ikinci dəfə təşkil olunan sərgiyə Türkiyənin 20-ə yaxın universiteti qatılıb.
Türkiyə universitetlərinin təmsilçilərinin də iştirak etdiyi sərgidə abituriyent və tələbələr bu ölkədə təhsillə bağlı müxtəlif suallara cavab axtarıb. Təhsilin pillələri, ixtisas seçimi və təcrübə keçmə imkanları haqda məlumat alıblar. Türkiyə universitetlərinin təmsilçiləri təklif etdikləri təhsil imkanları haqda məlumat verib. Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərləri isə əməkdaşlıq imkanları haqda danışıblar.
Sərginin bundan sonra Şəki, Zaqatala Lənkəran və digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.
Mediainfo.az
Digər xəbərlər