YPX avtomobili qəza törədib

YPX avtomobili qəza törədib

6 Aprel 2015 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayonunda yol polisinin idarə etdiyi avtomobil qəza törədib. Şeyx Şamil küçəsi 17 ünvanının qarşısında Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Əlizadə Məmmədəli Böyükağa oğlunun idarə etdiyi "BMW" ilə 1981-ci il təvəllüdlü Baxşəliyeva Lalə İlham qızının sürdüyü "Toyota Prado" toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

İlkin araşdırmalar nəticəsində qəzaya ərazidəki avtomobillərin dayanma-durma qaydalarına düzgün əməl etməməsinin səbəb olduğu məlum olub.

Mediainfo.az