Ahıl kişi evində yandı

Ahıl kişi evində yandı

6 Aprel 2015 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədidə mənzili yanan ev sahibi ölü tapıldı.

ANS-in məlumatına görə, yanğın paytaxt sakini 86 yaşlı Yeqorov Aleksandr Konstatinoviçə məxsus evdə qeydə alınıb. Evin ümumi sahəsi 65 kv.m-dir. Hadisə zamanı isə birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Əraziyə FHN-nin yanğından yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə görə, yanğının qarşısı alındıqdan sonra içəridən ev sahibi Aleksandr Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi isə yanğından mühafizə olunub.

Hadisənin dəqiq səbəblərinin ekspertizaların rəyindən sonra dəqiqləşəcəyi bildirilir.

Mediainfo.az