
Qəza törədən sürücünün oğlu öldü
Lənkəran şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, şəhər sakini Ceyhun Məmmədov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən şəhər sakini sakini Lətif Abbasovu və Kürdəmir rayon sakini Müşfiq Məmmədovu vurub.
Nəticədə hər iki piyada, habelə C.Məmmədovun sərnişini, oğlu Əli xəstəxanaya yerləşdirilib, Əli orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər