
Yol qəzası can aldı
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Apa-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.30 radələrində Ələt-Astara magistralının 166-cı kilometrliyində - yolun rayonun Musakücə kəndindən keçən hissəsində qeydə alınıb. Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Vasif Məmmədovun idarə etdiyi "SHACMAN" markalı minik avtomobili Masallı rayonunun Musakücə kənd sakini, 1990-cı il təvəllüdlü Abid Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən "VAZ-21011"-in sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
Mediainfo.az