
Əbulfəz Elçibəyin oğlu toya hazırlaşır - FOTO
Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev 9 ildir ki, FHN-də çalışdığını və işindən razı olduğunu bildirib:
"İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm".
Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib.
"Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq".
Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə, mətbuata açıqlamasında FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdi. Həmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirilib. (modern)
Mediainfo.az