Kanalda batan 11 yaşlı uşağın meyiti tapılıb

Kanalda batan 11 yaşlı uşağın meyiti tapılıb

1 İyul 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Qusarda suda boğulan oğlanın meyiti tapılıb. Ləgərqışlaq kənd sakini, 11 yaşlı Xəzər Rövşən oğlu Niyazovun meyiti dünən günün ikinci yarısında Xan arxı kanalının Xaçmaz rayonu ərazisindəki hissəsindən tapılıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. Ehtimal olunur ki, üzməyi bacarmayan uşaq çimmək üçün suya girib və ehtiyatsızlığı nəticəsində bataraq boğulub. Bildirək ki, R.Niyazov iyunun 29-u axşam saatlarında Samur-Abşeron kanalının yardımçı qolu olan Xan arxı kanalında çimərkən boğulub. Həmin vaxt hadisə yerinə rayon polisi və Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin xilasediciləri gələrək kanalın suyunu kəsib və meyitin axtarışlarına başlamışdılar.

Su bu dəfə də aydınlıq gətirmədi.

Tofiq Əliyev

O.M.