"Qız bu oğlanlara könüllü qoşulub" - Kənd sakinləri

"Qız bu oğlanlara könüllü qoşulub" - Kənd sakinləri

3 Aprel 2015 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

4 nəfər tərəfindən cinsi təcavüzə məruz qalan 20 yaşlı qızla bağlı yeni məlumatlar yayılıb.

"aznews.az"ın məlumatına görə, hadisənin baş verdiyi Tovuz rayonu, Əyyublu kənd sakinləri, bu xəbərin ictimailəşməsinə və həmin 4 nəfərin polis tərəfindən saxlanılmasına etiraz ediblər. Bununla bağlı kənd sakinləri icra nümayəndəliyi qarşısına toplaşıblar. Onlar iddia edirlər ki, həmin qıza qarşı heç bir fiziki zorakılıq olmayıb.
Qızı zorlamaqda şübhəli bilinən şəxslərdən biri - Elməddin Niyazovun atası İsgəndər Niyazov da hadisənin mediaya ötürüldüyü formada baş vermədiyini deyib: "Kənd camaatı da yaxşı bilir ki, saxlanılan uşaqlar sadəcə şərə düşüb. Əlbəttə, kənd yerində belə bir hadisənin baş verməsi ən azından ayıbdır. Mən də oğluma buna görə heç cür haqq qazandıra bilmərəm. Amma həqiqət budur ki, orada heç bir zorakılıqdan söhbət gedə bilməz. Polis də təsdiq edir ki, qız könüllü surətdə evdən çıxaraq, bu uşaqlara qoşulub. Bu, onlar arasında olan telefon danışıqlarından və sms yazışmalarından da görünür. Hələ məlum olub ki, həmin qız bu oğlanlarla bərabər, xeyli sayda başqa adamlarla da yazışıb".
İ.Niyazov deyir ki, məsələnin bu şəkil alması, qızın atasının ixtisasça hüquqşünas olması və vaxtilə məhkəmədə işləməsi ilə bağlıdır: "Qızın atası hüquqşünasdır, əli də müəyyən yerlərə çatır. Bu hadisədən istifadə edərək qızını və özünü təmizə çıxarmaq istəyir. Amma bunu hamı kənddə bilir ki, bizim uşaqlar kiminsə qurbanına çevrilir".
Müsahibimiz könüllü olaraq, oğlanlarla görüşən qızın niyə birdən-birə şikayətçi olması sualına da aydınlıq gətirib: "Əslində qız şikayətçi olmayıb. Onu atası məcbur edib. Qızın üzərində heç bir zorakılıq halı olmayıb. Sadəcə qız evə gec gəlib. Bundan sonra atası onu qorxudub və qız da hardan gəldiyini deyib. Yəqin o özünü qorumaq üçün zorla aparıldığını bildirib".

Mediainfo.az