
Ermənistanda ailə qətliamının ekspertiza nəticələri açıqlanıb
Ermənistanda Avetisyan ailəsinin rus hərbçisi tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə-tibbi ekspertizanın nəticələri açıqlanıb.
Apa-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsi ailənin 6 üzvünün güllə yarası, daha bir üzvü – körpə uşağın isə kəsici alətlə yetirilən xəsarətlər nəticəsində öldüyünü açıqlayıb.
İstintaq davam edir.
Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada ölüb.
Mediainfo.az
Digər xəbərlər