Sənəd oğurlayanın 7 cinayəti üzə çıxdı

Sənəd oğurlayanın 7 cinayəti üzə çıxdı

3 Aprel 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 10-da Bakıda avtomobildən sənəd oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Şirazi İsgəndərova məxsus "Mercedes" markalı avtomobildən sənəd oğurlamış Sabirabad rayon sakini Pərviz Hüseynli tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bəhram Əhmədova, Akif Quliyevə, Elşən Cəfərova, Məhərrəm Hüseynova, Qorxmaz Əliyevə məxsus avtomobillərdən, habelə Hicran Şahsuvarovaya məxsus gözəllik salonundan və Elnur Əsədova məxsus çay evindən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Mediainfo.az