
Ata: “Kənddə nəsil davası düşəcək"
Qızı zorlayanlar onun həmkəndliləridir
Bu arada zorlanan qızın atası Kamal Nəsibov Tovuzun Əyyublu kəndində baş verənlərlə bağlı aznews-az danışıb. O, qızının üzərində zorakılıq hadisəsi olduğunu təsdiqləyib: "Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib. Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov Ellməddin, Rzayev Nemət qızımı qaçırıb. Qızım tələbə olduğuna görə kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib. Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca "Ford" maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq edib. Sonra ordan götürüb qəbiristanlığa aparıblar. Orada deyiblər ki, "Sən bunu bir adama desən, öldürəcəyik". Məsələ ilə bağlı cinayət işi başlanılıb".
K.Nəsibov bildirib ki, qızının zorlanmasında iştirak edən cinayətkarlardan biri Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib ki, onun barəsində olan qəti-həbs imkan tədbiri dəyişdirilsin: "100-dən çox adam buna etiraz edirik. Bu saat kənd ayağa qalxıb. Əgər məhkəmə Niyazov Elməddin barəsində olan həbs-qəti imkan tədbirini dəyişib buraxsa, kənddə tayfa-nəsil davası düşəcək. Ölüm olacaq. Onlardan 3-ü həbs olunub, biri isə azadlıqdadır".
K.Nəsibov qızının hələ də şokda olduğunu qeyd edib: "Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar? Bu cinayətkarların 4-ü də həbs olunmalıdır. Hazırda cinayətkarlardan birinin valideynləri onu zaminə buraxmaq istəyirər. İmkanlı adamlardır, yol tapıb çıxmaq istəyirlər. Kənd əhli isə buna razı deyil. Deyilənə görə, bunların ilk işi deyil. Onlardan biri qızıma deyib ki, "Sən birinci deyilsən. Sənin kimi neçəsini yola vermişəm". Mən buradan ölkənin rəhbər şəxslərinə müraciət edirəm. Bu boyda haqsızlığa göz yumayın. İnanın ki, onları buraxsalar, kənddə ölüm olacaq".
***
Baş Prokurorluq Tovuzda gənc qızı zorlayanların həbs edilməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mediainfo.az