Qəzaya uğrayan təyyarənin ikinci qara qutusu tapıldı

Qəzaya uğrayan təyyarənin ikinci qara qutusu tapıldı

3 Aprel 2015 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada dağa çırpılaraq qəzaya uğradılan "Germanwings" hava yollarına aid təyyarənin ikinci qara qutusu tapılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Marsel prokuroru Alpes də Haute Provencdə qəzaya uğrayan "Germanwings" Airbus A320 təyyarəsinin ikinci qara qutusunun tapıldığını söyləyib.

Marsel prokuroru Brice Robin verdiyi açıqlamada deyib ki, qara qutuda uçuşla əlaqədar texniki məlumatlar var.

Qazanın meydana gəldiyi gün ilk qara qutudaki kokpit qeydləri araşdırıldı və məlum oldu ki, ikinci pilot Andreas Lubits təyyarəni qəsdən qəzaya uğradıb.

Bu günlərdə isə məlum olub ki, o, internetdən intihar üsullarına dair məlumatlar toplayıb.

Qeyd edək ki, Barselonadan Dusseldorfa uçan təyyarədə 144 sərnişin və 6 nəfər ekipaj üzvü həlak olub.

Mediainfo.az