Mənzildə xeyli sayda silah-sursat aşkar edilib
Lerik sakininin mənzilində xeyli sayda silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanəli Babayev həbs edilib.
Onun evindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürülüb.
Mediainfo.az
Digər xəbərlər












































































.jpg)
.jpg)
.jpg)
















