
Ukrayna vətəndaşının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Ukrayna vətəndaşı Yançitski Oleksandr Oleksandroviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
apa-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 10-na təyin edilib.
MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub.
Yançitski Oleksandr Oleksandroviç Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb.
Mediainfo.az