
Qızıl mağazası soyuldu
Bakının Binə qəsəbəsində qızıl mağazası açıq şəkildə soyulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə dünən baş verib.
Aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan qızıl əşyalar aparıb.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İlqar Hacıağa tutulmuşdur. Ondan 0,18 qram heroin götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.
Mediainfo.az
Digər xəbərlər