
ABŞ səfirliyi səfərə çıxanları xəbərdar etdi!
Yay İş və Səyahət Proqramının iştirakçıları - fırıldaqçılardan özünüzü qoruyun!
Müraciətdən əvvəl proqram tələblərinə uyğun olduğunuza dair əmin olun. Bu məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb. (http://azerbaijan.usembassy.gov/…/summer-work-and-travel-pr…)
Səfirilik bildirir ki, ABŞ-a səfərə getmək istəyənlərə heç kim viza veriləcəyinə dair vəd verə bilməz.
"Xüsusilə, əgər sizə əlavə ödəniş və viza alınmasına görə zamanət versələr, əmin ola bilərsiniz ki, bu fırıldaqçılıqdır", - deyə səfirlik əhalini xəbərdar edir.
Bu e-poçt ünvanı vasitəsi ilə Amerika səfirliyinə fırıldaqçılıq faktları ilə bağlı müraciət edə bilərsiniz: [email protected]
Mediainfo.az
Digər xəbərlər