“AMAY Abdulla”nın məhkəməsi təxirə salındı

“AMAY Abdulla”nın məhkəməsi təxirə salındı

2 Aprel 2015 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Vidadi Qurbanovun vəkili Yavər Hüseyn qatılmayıb. Səhər saat 10.00-a təyin olunan prosesdə hakim bildirib ki, vəkilin iştirakı olmadan məhkəmənin davam etdirilməsi mümkün deyil. Buna görə də hakim prosesdə fasilə elan edib.

Bir neçə saatlıq fasilədən sonra davam etdirilən prosesdə Əfqan Hacıyev bildirib ki, Yavər Hüseyn yenə də məhkəmədə iştirak etmir. Hakim vəkilin iştirakı olmadan məhkəmənin davam etdirilməsinin mümkün olmadığını deyib: "Kimsə deyir ki, Yavər Hüseynə mən demişəm prosessə gəlməsin. Bu belə deyil. Vəkilin iştirakı olmadan məhkəmənin davam etdirilməsinə qanun yol vermir. Sonra gedib yazacaqlar ki, vəkilin iştirakı olmadan məhkəmənin keçirib, müdafiə hüququ pozulub. Buna görə də məhkəməni növbəti günə təxirə salırıq".

Abdulla Abdullayevin vəkili Osman Kazımov bildirib ki, təqsirləndirilən şəxsin etirazı etməsə, proses vəkilin iştirakı olmadan davam etdirilə bilər. Lakin hakim məhkəmənin aprelin 3-nə təyin edilib.

Mediainfo.az