İlham Əliyev Vladimir Putinə başsağlığı verib

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

2 Aprel 2015 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. Apa-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, Oxot dənizində "Dalniy Vostok" traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm".

Mediainfo.az