Oğurladığı avtomobillə ağır qəza törətdi

Oğurladığı avtomobillə ağır qəza törətdi

2 Aprel 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobil oğurluğu edən xəsarətlə nəticələnən qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı cari il mart ayının 28-də avtomobilin Hacıqabul rayonunun Padar kəndində Göyçay rayon sakini Lətif Kərimov tərəfindən idarə edilərkən Ağdam rayon sakini Nazim Yolçuyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşması müəyyən edilib.

Qəza nəticəsində Lətif Kərimovun xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Avtomobili isə Kürdəmir rayonundakı cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az